Bakının iki əsas magistralında sürətin maksimal həddi azaldılıb

Bakının iki əsas magistralında sürətin maksimal həddi azaldılıb Buna səbəb paytaxtdakı yağışlı hava şəraitidir
İnfrastruktur
13 İyun , 2017 13:48
Bakının iki əsas magistralında sürətin maksimal həddi azaldılıb

Bakı. 13 iyun. REPORT.AZ/ Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin iki əsas avtomagistralı - Heydər Əliyev prospektindən Buzovna dairəsinə qədər və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saat endirilib.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

“Hazırda Rəşid Behbudov küçəsi istisna olmaqla, paytaxtın digər küçə və prospektlərində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş edilir”, - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi