Bakının iki böyük prospektini birləşdirən yolda yeni asfaltın döşənməsinə başlanılır

Bakının iki böyük prospektini birləşdirən yolda yeni asfaltın döşənməsinə başlanılır Küçədə yağış suları üçün yağış barmaqlıqlar quraşdırılacaq
İnfrastruktur
7 Avqust , 2015 16:44
Bakının iki böyük prospektini birləşdirən yolda yeni asfaltın döşənməsinə başlanılır

Bakı. 7 avqust. REPORT.AZ/ Bakı şəhərinin iki böyük prospekti - Nobel və Babək prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində təmir işləri davam etdirilir. Ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilən quyular bərpa olunur, köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, hazır vəziyyətə gətirilir.

Bunu "Report"a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, indi səth sularının normal kənarlaşması üçün yağış-kanalizasiya sistemi qurulur və bundan sonra yağış barmaqlıqları quraşdırılacaq. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

Son xəbərlər

Orphus sistemi