Bakının iki böyük prospektində avtomobillərin sıxlığı yaranıb

Bakının iki böyük prospektində avtomobillərin sıxlığı yaranıb Nobel və Neftçilər prospektində aparılan təmir işləri hərəkəti iflic edir
İnfrastruktur
5 Yanvar , 2016 09:36
Bakının iki böyük prospektində avtomobillərin sıxlığı yaranıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakının Nobel prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

"Report" xəbər verir ki, bir həftədir dörd zolaqlı yolun iki zolağında nəqliyyatın hərəkəti təmir işləri ilə əlaqədar məhdudlaşdırılıb. Nəticədə, ancaq iki zolaq üzrə hərəkət etməli olan avtomobillərin sıxlığı yaranır.

Bundan başqa, eyni vəziyyət Neftçilər prospektində də müşahidə edilir. Belə ki, prospektin iki hərəkət zolağında hazırda təmir işləri görülür. Bununla əlaqədar, ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranır. 

Son xəbərlər

Orphus sistemi