Bakının ictimai nəqliyyatında vahid kart sisteminin tətbiqinə Avropa Oyunlarından sonra başlanacaq

Bakının ictimai nəqliyyatında vahid kart sisteminin tətbiqinə Avropa Oyunlarından sonra başlanacaq Nəqliyyat nazirinin müavini Musa Pənahov: "İlk vaxtlar hazırkı gediş haqqı kartlarından da istifadə ediləcək"
İnfrastruktur
12 May , 2015 13:09
Bakının ictimai nəqliyyatında vahid kart sisteminin tətbiqinə Avropa Oyunlarından sonra başlanacaq

Bakı. 12 may.REPORT.AZ/ Bakı Metropolitenində vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri artıq yekunlaşıb. Şəhər avtomobil nəqliyyatında isə bu prosesə I Avropa Oyunlarından sonra mərhələli şəkildə başlanılacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Nazir müavini bildirib ki, bu sahədə müəyyən məsələlər, o cümlədən, proqram təminatı, prosessinq mərkəzi, texniki tələblər, vətəndaşlara kartların verilməsi, onların doldurulması məsələsi kimi işlər görülür. 

"I Avropa Oyunlarından sonra ictimai nəqliyyatda vahid kart sisteminin tətbiqinə addım-addım başlanılacaq. Hazırkı kartlarında vəsait olan şəxslər onları istifadə edə biləcəklər, sonradan bu kartlar dəyişdiriləcək. Və yaxud, vətəndaş istədikdə bu kartı yenisi ilə əvəz edə bilər", - deyə M.Pənahov qeyd edib.

Son xəbərlər

Orphus sistemi