Bakının daha 3 rayonunda mənzillərin səyyar qeydiyyatı keçiriləcək

Bakının daha 3 rayonunda mənzillərin səyyar qeydiyyatı keçiriləcək İstismarına icazə verilmiş binalardakı mənzillərin səyyar formada dövlət qeydiyyatı fevralın 24-28-i tarixlərində paytaxtın Nizami, Xətai və Binəqədi rayonlarında keçiriləcək.
İnfrastruktur
24 Fevral , 2020 10:03
Bakının daha 3 rayonunda mənzillərin səyyar qeydiyyatı keçiriləcək

İstismarına icazə verilmiş binalardakı mənzillərin səyyar formada dövlət qeydiyyatı fevralın 24-28-i tarixlərində paytaxtın Nizami, Xətai və Binəqədi rayonlarında keçiriləcək.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində təşkil olunan səyyar xidmətdən fevralın 24-də Nizami rayonu, Özbəkistan küçəsi, 2 436-cı məhəllə ünvanındakı, fevralın 25-də Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin kəsişməsindəki çoxmənzilli binaların sakinləri yararlanacaqlar. 

Binəqədi rayonunda mobil qeydiyyat fevralın 26-da M.Ə.Rəsulzadə qəsəbəsi, məhəllə 3 024, E.Babayev küçəsi, fevralın 27-də C.Xəndan küçəsi, 3 203-cü məhəllədəki binalarda təşkil ediləcək. Fevralın 28-də isə qeydiyyat xidməti Xətai rayonu, Mərkəzi Bulvar küçəsi 2, 2a, 2b, 2c, 2d, 2e ünvanlarında göstəriləcək.

Qeyd edək ki, həftə ərzində qeydiyyat kampaniyası 926 mənzili əhatə edəcək. Xidmətdən istifadə etmək istəyənlər şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri mobil qeydiyyat ofisinə təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi