Bakı. 16 fevral. REPORT.AZ/ Bakı şəhərinin Heydər Əliyev prospektində, kənar yolda (mərkəz istiqamətində) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
“Report” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, sıxlıq səbəbi ilə sürücülərə alternativ olaraq Heydər Əliyev prospektinin əsas yolundan istifadə etmələri tövsiyə olunur.