Bakı. 20 aprel. REPORT.AZ/ Həftənin ilk iş günündə Bakı şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Heydər Əliyev prospekti (şəhər istiqamətində, kənar yol), Mikayıl Müşfiq küçəsi, Mətbuat prospketi (Badamdar qəsəbəsi, şəhər istiqamətində) tıxacdır.
Bundan başqa, İnşaatçılar prospekti (Dövlət Statistika Komitəsinin qarşısı), Həsən Əliyev küçəsi, habelə Bakı-Sumqayıt şosesi istiqamətində (Bakı Beynəlxalq Avtovağzalın qarşısı) sıxlıqdır.