Bakının əsas prospektlərindən birində sıxlıq yaranıb

Bakının əsas prospektlərindən birində sıxlıq yaranıb Yaxın dəqiqələrdə prospektdə hərəkətin sabitləşəcəyi gözlənilir
İnfrastruktur
30 Avqust , 2016 09:26
Bakının əsas prospektlərindən birində sıxlıq yaranıb

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının əsas prospektlərindən birində nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq müşahidə edilir. "Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Ziya Bünyadov prospektindən Heydər Əliyev prospekti istiqamətində avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb. Məlumata görə, yaxın dəqiqələrdə prospektdə hərəkət sabitləşəcək.

Eyni zamanda, Afiyəddin Cəlilov küçəsində (Cavanşir körpüsü istiqamətində) də nisbi sıxlıq müşahidə olunur.

Qeyd edək ki, bu gün saat 08:30-da Bakının Xətai rayonunun Nobel prospektində iki yol-nəqliyyat hadisəsi baş verib. Olaylar nəticəsində prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hazırda yolda hərəkət bərpa edilib, avtomobillər maneəsiz hərəkət edir.  

Son xəbərlər

Orphus sistemi