Yuxarı

Bakının əsas prospektlərində sıxlıq yaranıb

Şəhər mərkəzi istiqamətində yollarda ləng hərəkət müşahidə olunur

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin avtomobil yollarında nəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda deyilir.

Belə ki, hazırda Ziya Bünyadov prospekti (nisbi sıxlıq), Yusif Səfərov küçəsi (nisbi sıxlıq), Bakı-Sumqayıt şosesi (paytaxta doğru), Nobel (mərkəzə doğru) və Heydər Əliyev prospektlərində (kənar yol/şəhər mərkəzi istiqamətində) nəqliyyat vasitələrinin nisbi sıxlığı qeydə alınıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi