Yuxarı
    Bağlamaq

    Bakının əsas prospekti bağlanır

    Buna səbəb Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiridir

    Bakı. 3 iyun. REPORT.AZ/ Bakı şəhərində Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi iyunun 6-da 16:00-dan növbəti gün saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

    “Report” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bildirir ki, eyni vaxtda Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi iyunun 6-da 16:00-dan növbəti gün saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

    Qeyd edək ki, buna səbəb iyunun 12-də başlanacaq "Bakı-2015" Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi