​Bakının əsas mərkəzi küçələrində nəqliyyatın sıxlığı müşahidə olunur

​Bakının əsas mərkəzi küçələrində nəqliyyatın sıxlığı müşahidə olunur Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir
İnfrastruktur
8 Aprel , 2015 10:16
​Bakının əsas mərkəzi küçələrində nəqliyyatın sıxlığı müşahidə olunur

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var. Bu haqda "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. 

Sürücülər alternativ olaraq Ziya Bünyadov və ya Babək prospektlərindən istifadə edə bilərlər. 

Eyni zamanda, Bakı-Sumqayıt şosesi (Bakı Beynəlxalq Avtovağzalın qarşısı), Binəqədi şosesi (şəhər istiqamətində), habelə Azadlıq prospektində avtomobillərin daha çox sıxlığı müşahidə olunur.  

Son xəbərlər

Orphus sistemi