Bakının əsas avtomobil yollarında hərəkət məhdudlaşdırılır

Bakının əsas avtomobil yollarında hərəkət məhdudlaşdırılır Paytaxtda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb
İnfrastruktur
26 Aprel , 2016 08:33
Bakının əsas avtomobil yollarında hərəkət məhdudlaşdırılır

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Bakının əsas yol və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır və bu, paytaxtın həmin hissələrində sıxlığın yaranmasına səbəb olub. "Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hərəkətli yolların qismən bağlanması Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə əlaqədar həyata keçirilir. 

Məlumata görə, hazırda Heydər Əliyev prospekti (kənar yol), Babək prospekti, Təbriz küçəsi, habelə Zərifə Əliyeva küçəsi (intensiv hərəkət), A.Bakıxanov küçəsi, Afiyəddin Cəlilov küçəsi və Bakı-Sumqayıt şosesində (paytaxta doğru) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi