​Bakının əksər mərkəzi küçələrində tıxac yaranıb

​Bakının əksər mərkəzi küçələrində tıxac yaranıb Paytaxt yollarında nəqliyyatın nisbi sıxlığı müşahidə olunur
İnfrastruktur
18 May , 2015 09:14
​Bakının əksər mərkəzi küçələrində tıxac yaranıb

Bakı. 18 may. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin əksər küçələrində nəqliyyatın hərəkətində nisbi sıxlıq qeyd alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesi (paytaxt istiqamətində), Rəşid Behbudov küçəsi (Türkiyə səfirliyinin qarşısı), Ziya Bünyadov prospekti ( 20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi (şəhər istiqamətində) və Afiyəddin Cəlilov küçəsində nəqliyyat vasitələrinin ləng hərəkəti müşahidə edilir.

Eyni zamanda, Babək prospekti, Mehdi Hüseyn küçəsi ilə Şeyx Şamil küçəsinin kəsişməsi, Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsi, Tbilisi prospekti (hər iki istiqamətdə) və Dövlət Statistika Komitəsinin qarşısında nəqliyyat vasitələrinin nisbi sıxlığı qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi