Bakının daha bir küçəsində təmir işləri aparılır - VİDEO

Bakının daha bir küçəsində təmir işləri aparılır - VİDEO Küçənin uzunluğu 700 metr,ortalamaeni 12 metrdir
İnfrastruktur
22 Aprel , 2017 12:27
Bakının daha bir küçəsində təmir işləri aparılır - VİDEO

Bakı. 22 aprel. REPORT.AZ/ Xətai rayonu Süleyman Vəzirov küçəsində təmiri işləri aparılır. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bunun əvəzinə küçəyə 2 qat olmaqla yeni asfalt örtüyü döşənir.

"Report"un “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, ümumilikdə yolun 10 min m2-dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.

Piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulur, mövcudları isə bərpa olunaraq asfaltlanır. Piyada səkilərinin kənarlarına isə 1500 p/m yeni səki daşının düzülməsi işləri aparılıb.

Səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədi ilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb, 6 ədəd yağış barmaqlıqları qoyulub. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 12 ədəd baxış qapağı yenilənib.

Təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə 20 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Xatıqladaq ki, küçə boyu aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilib. Təbii ki, kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyününü qısa müddət ərzində sıradan çıxmasının qarşısını almış olacaq.

Son xəbərlər

Orphus sistemi