Yuxarı

Bakının bir sıra prospektlərində avtomobillərin sıxlığı yaranıb

Bəzi yollarda isə nisbi sıxlıq müşahidə edilir

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının bir sıra prospektlərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a verilən məlumata görə, indi Bakı-Sumqayıt şosesi (paytaxta doğru), Moskva prospekti, Ziya Bünyadov prospekti (hər iki istiqamət), Heydər Əliyev prospekti (körpü istiqamətində/nisbi sıxlıq), Babək prospekti, həmçinin Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı), Zərifə Əliyeva küçəsi, Azadlıq prospekti (nisbi sıxlıq) və İnşaatçılar prospektində avtomobillərin sıxlığı yaranıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi