Bakının bir neçə yerində yeni piyada keçidlərinin inşasına başlanılacaq

Bakının bir neçə yerində yeni piyada keçidlərinin inşasına başlanılacaq Bakı. 18 aprel. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax yolunun sürüşmə zonasına düşən hissəsində yenidənqurma işlərinə yaxın vaxtlarda start veriləcək.
İnfrastruktur
18 Aprel , 2018 16:50
Bakının bir neçə yerində yeni piyada keçidlərinin inşasına başlanılacaq

Bakı. 18 aprel. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax yolunun sürüşmə zonasına düşən hissəsində yenidənqurma işlərinə yaxın vaxtlarda start veriləcək. 

Bunu "Report"a Azərbaycan Avtomobli Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, sözügedən yolun 13-101-ci km-i yenidən qurulub və istifadəyə verilib: "Onun davamı olaraq 101-ci km-dən 117- ci km-ə qədər olan hissədə işlər başlayacaq. Hazırda ərazidə moderizasiya və geoloji kəşfiyyat işləri aparılır. Orada bir neçə nöqtədə sürüşmə zonası var. Həmin ərazidə geoloji kəşfiyyat işləri aparılır, strukturlar öyrənilir. Yaxın müddət ərzində orda da işlərə tam olaraq başlanılacaq. Mövcud yolun genişləndirilməsi və yaxud digər variantlar üzərində işlənilir".

Agentlik rəsmisi həmçinin bildirib ki, Bakının bir neçə yerində yeni piyada keçidlərinin inşasına başlanılacaq: "Heydər Əliyev proespektində 23-cü polis bölməsi istiqmatində keçid inşa ediləcək. Ora insanların əsas istifadə etdiyi ərazidir. Yusif Səfərov küçəsində də problemlər yaşanır, yerüstü piyada keçidinin inşası nəzərdə tutulur. Mərdəkan-Buzovna yolunda da  keçidin inşası planlaşdırılır". 

Son xəbərlər

Orphus sistemi