Bakının bir neçə rayonunda su olmayacaq

Bakının bir neçə rayonunda su olmayacaq Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyət olacaq
İnfrastruktur
23 Fevral , 2015 18:07
Bakının bir neçə rayonunda su olmayacaq

Bakı. 23 fevral. REPORT,AZ/ Fevralın 24-də saat 04:00-dan etibarən Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində 30 saat müddətində məhdudiyyətlər olacaq.

“Report” “Azərsu” ASC-yə istinadən xəbər verir ki, suyun verilməsində məhdudiyyət Maştağa və Ramana su anbarları komplekslərini birləşdirən magistral su xətlərinin yenidən qurulması ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi