Bakının bir neçə prospekti bağlanıb

Bakının bir neçə prospekti bağlanıb Bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb
İnfrastruktur
10 May , 2016 08:21
Bakının bir neçə prospekti bağlanıb

Bakı. 10 may. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakı şəhərinin bir neçə əsas prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. "Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, Parlament prospektinin Mehdi Hüseyn küçəsi ilə kəsişməsinədək, Hüseyn Cavid prospektinin Mikayıl Müşfiq küçəsi ilə kəsişməsinədək, digər küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bundan başqa, Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Səməd Vurğun küçəsi (Müasir Təhsil Kompleksinin qarşısından "Təzə bazar"a doğru), Koroğlu Rəhimov küçəsi ("Odlar Yurdu" Universitetinin qarşısı), Babək prospekti (mərkəzə doğru), o cümlədən A.Bakıxanov küçəsi (Türkiyə səfirliyi istiqamətində) və Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

İngilis versiyası Some avenues closed in Baku

Son xəbərlər

Orphus sistemi