Yuxarı

​Bakının bir çox küçələrində tıxac yaranıb

Hazırda mərkəz istiqamətində əsas yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur

Bakı. 28 aprel. REPORT.AZ/ Hazırda Bakı şəhərinin əksər küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, bu saatlarda Badamdar şosesi, Mətbuat prospekti (mərkəz istiqamətində), Mikayıl Müşfiq küçəsi, Nərimanov heykəli istiqamətində, Əziz Əliyev küçəsi, Bakı-Sumqayıt şosesi istiqamətində tıxac yaranıb.

Həmçinin Həsən Əliyev küçəsi, Babək prospekti (mərkəz istiqamətində), Fəzail Bayramov küçəsi, Koroğlu Rəhimov küçəsi, Xətai prospekti, Qara Qarayev prospekti istiqamətində də nəqliyyat vasitələrinin sıxlığı qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi