​Bakının bir çox küçələrində tıxac yaranıb

​Bakının bir çox küçələrində tıxac yaranıb Hazırda mərkəz istiqamətində əsas yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur
İnfrastruktur
28 Aprel , 2015 09:34
​Bakının bir çox küçələrində tıxac yaranıb

Bakı. 28 aprel. REPORT.AZ/ Hazırda Bakı şəhərinin əksər küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, bu saatlarda Badamdar şosesi, Mətbuat prospekti (mərkəz istiqamətində), Mikayıl Müşfiq küçəsi, Nərimanov heykəli istiqamətində, Əziz Əliyev küçəsi, Bakı-Sumqayıt şosesi istiqamətində tıxac yaranıb.

Həmçinin Həsən Əliyev küçəsi, Babək prospekti (mərkəz istiqamətində), Fəzail Bayramov küçəsi, Koroğlu Rəhimov küçəsi, Xətai prospekti, Qara Qarayev prospekti istiqamətində də nəqliyyat vasitələrinin sıxlığı qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi