Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin avtomobil yollarında nəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, bu dəqiqələrdə Üzeyir Hacıbəyov küçəsində, Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı, mərkəzə doğru), həmçinin Rəşid Behbudov küçəsində və Bakı-Sumqayıt şosesində (nisbi sıxlıq) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.