Yuxarı

Bakının bəzi yollarında dəyişikliklər edilib - SİYAHI

Bu, paytaxtın bir neçə küçə və prospektlərində sıxlığın aradan qaldırılması məqsədilə həyata keçirilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərinin bir neçə küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra dəyişikliklər edib.

NİİM-dən "Report"a verilən məlumata görə, C.Hacıbəyli küçəsi A.Bakıxanov küçəsi ilə kəsişmədən sonra ("Gənclik" m/st. istiqamətində) birtərəfli olduğundan və K.Kazımzadə küçəsindən ancaq sağa, C.Hacıbəyli küçəsi istiqamətində dönmə nişanı olduğundan, A.Bakıxanov küçəsindən sağa, C.Hacıbəyli küçəsi istiqamətində yalnız A.Bakıxanov küçəsindən sağa dönən nəqliyyat vasitələri istifadə edir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, A.Bakıxanov küçəsindən sağa, C.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq işıqforun əlavə seksiyasında hərəkətinin təşkil edilməsi haqqında təklif irəli sürülüb.

Asif Məhərrəmov küçəsindən 3-cü mkr-n dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri A.Məhərrəmov küçəsindən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mkr-n dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, dairədə yüklənmə yaranır.

Qeyd olunanları nəzərə alaraq, A.Məhərrəmov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb.

Ceyhun Səlimov küçəsindən 3-cü mkr-n dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri C.Səlimov küçəsindən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mkr-n dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, dairədə yüklənmə yaranır.

Bu səbəbdən, C.Səlimov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb.

NİİM-in hazırladığı bütün təkliflər Nəqliyyat Nazirlyi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təsdiq edilib və müvafiq qaydada icra olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi