Yuxarı

Bakının bəzi yollarında avtomobil sıxlığı yaranıb

NİİM: İçərişəhər metrosu yaxınlığında nizamsız dayanan avtomobillər nəqliyyatın hərəkətinə mane olur

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Bakı şəhərinin bir sıra yol və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata əsasən, Mehdi Huseyn, Şeyx Şamil küçələri (“İçərişəhər” metrosu istiqamətində) “İçərişəhər” metrosu yaxınlığındakı 132-134 saylı məktəbin qarşısında nizamsız dayanan avtomobillər nəqliyyatın hərəkətinə mane olur.

Bununla yanaşı, Azadlıq prospekti (“28 May” metrosu istiqamətində), Şah İsmayıl Xətai prospektində də (Təhsil Nazirliyinin qarşısı) avtomobil çoxluğu səbəbindən nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi