​Bakının bəzi rayonlarında içməli su problemi olacaq

​Bakının bəzi rayonlarında içməli su problemi olacaq Məhdudiyyətə səbəb magistral kəmərlərdən birində qəzanın baş verməsidir
İnfrastruktur
19 İyul , 2016 10:35
​Bakının bəzi rayonlarında içməli su problemi olacaq

Bakı. 19 iyul. REPORT.AZ/ Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib.

“Report”a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi