Yuxarı

Bakının bəzi prospekt və küçələrində sıxlıq yaranıb

Xətai və Ziya Bünyadov prospektlərində nəqliyyat ləng hərəkət edir

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakı şəhərinin Xətai prospekti, Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı) və Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkətində böyük sıxlıq yaranıb.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Eyni zamanda, Ziya Bünyadov prospekti (20 Yanvar dairəsinə doğru), Abdulvahab Salamzadə küçəsi, Koroğlu Rəhimov küçəsi (Prezident İqamətgahının qarşısı), habelə Üzeyir Hacıbəyov küçəsi, A.Bakıxanov küçəsi (Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi) və Bakı-Sumqayıt şosesində (paytaxta doğru) maşınların hərəkətində sıxlıq müşahidə edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi