Yuxarı

Bakının bəzi mərkəzi yollarında sıxlıq yaranıb

Sıxlığa səbəb avtomobillərin intensiv hərəkətidir

Bakı. 24 fevral. REPORT.AZ/ Fevralın 24-də günorta saatlarında Bakı şəhərinin bəzi küçə və prospektlərində avtomobil çoxluğu səbəbilə nəqliyyatın sıxlığı müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata görə, Bakı-Sumqayıt şosesi (Bakı Beynəlxalq Avtovağzalının qarşısı, şəhər istiqamətində), Mehdi Hüseyn və Şeyx Şamil küçələri (“İçərişəhər” metrosu istiqamətində), Azadlıq prospekti (“28 May” metrosu istiqamətində) və Rəşid Behbudov küçəsinin 28 May küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi