Yuxarı

Bakının bəzi küçələrində avtomobillərin sıxlığı müşahidə edilir

Əsas sıxlıq Bakı-Sumqayıt şosesindədir

Bakı.10 noybar. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzalı qarşısında (paytaxta doğru) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq qeydə alınıb.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilir.

Belə ki, hazırda 20 Yanvar dairəsi istiqamətində, Tbilisi prospektində (alternativ yol Həsənbəy Zərdabi prospekti), Afiyəddin Cəlilov küçəsində (alternativ yol Xocalı prospekti), Heydər Əliyev prospektində (kənar yol, şəhər istiqamətində) və Həsən Əliyev küçəsində (TDQK-nın qarşısında nisbi sıxlıq) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi