Yuxarı

​Bakının bəzi əsas küçələrində yollar tam bağlanacaq

Bir sıra istiqamətlərdə hərəkət yan yollarla təmin ediləcək

Bakı. 6 avqust. REPORT.AZ/ Bakı şəhəri Ziya Bünyadov prospektinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. "Report" xəbər verir ki, bu, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən aparılacaq sınaq və profilaktika işləri ilə əlaqədardır.

Belə ki, avqustun 7-9-da Z.Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində yerləşən “Xutor" dairəsində müxtəlif yol qovşaqlarına aid olan körpüdə aparılacaq sınaq işləri ilə əlaqədar körpü nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Tunellərdə və digər ərazilərdə aparılacaq profilaktik işlərlə əlaqədar isə göstərilən tarixlərdə Z.Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən “20 Yanvar" dairəsi və Qələbə dairəsinə doğru olan istiqamətdə də nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinə yalnız əsas yolda məhdudiyyət olacaq. Bu istiqamətdə hərəkət yan yollarla təmin ediləcək.

Əks istiqamətdə, yəni “20 Yanvar" dairəsi və Qələbə dairəsindən “Böyük Şor" yol qovşağına doğru nəqliyyat vasitələrinin hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi