Bakının baş planının hazırlanması davam etdiriləcək

Bakının baş planının hazırlanması davam etdiriləcək Bakı. 2 iyun. REPORT.AZ/ 2011-2016-cı illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Böyük Bakının Regional İnkişaf Planı” və onun əsasında “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı”nın layihəsi hazırlanıb.
İnfrastruktur
2 İyun , 2018 13:01
Bakının baş planının hazırlanması davam etdiriləcək
Report
0 : 00
0 : 00

Bakı. 2 iyun. REPORT.AZ/ 2011-2016-cı illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Böyük Bakının Regional İnkişaf Planı” və onun əsasında “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı”nın layihəsi hazırlanıb. 

"Report" xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” paytaxtın Baş Planı kimi təqdim edilsə də, onun aidiyyəti üzrə razılaşdırılması tamamlanmayıb, sənədi Nazirlər Kabineti təsdiq etməyib. 

Baş Planın əsas şəhərsalma sənədi olduğunu və paytaxtın sistemli və davamlı inkişafı üçün strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, Komitə başlanılmış işlərin sona çatdırılmasına xüsusi önəm verir. Baş Planın hazırlanması istiqamətində bu günədək görülmüş işlər dərindən araşdırılaraq hərtərəfli qiymətləndiriləcək.

Bu qiymətləndirmə başa çatdıqdan sonra Baş Planın hazırlanması işləri davam etdiriləcək, həmin sənədin şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və aparıcı dünya təcrübəsinə uyğunluğu təmin ediləcək. Bu prosesə yerli mütəxəssislərlə yanaşı, nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır.

Baş Planın hazırlanması işi tam həcmdə yekunlaşdıqdan sonra, sənəd aidiyyəti təşkilatlarla razılaşdırılacaq və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi