Yaxın zamanda Bakının Baş Planının hazırlanması üçün texniki işlərə başlanılacaq

Yaxın zamanda Bakının Baş Planının hazırlanması üçün texniki işlərə başlanılacaq Bakı. 21 fevral. REPORT.AZ/ “Hazırda Bakının Baş Planının hazırlanması üzərində iş aparılır”.
İnfrastruktur
21 Fevral , 2019 14:27
Yaxın zamanda Bakının Baş Planının hazırlanması üçün texniki işlərə başlanılacaq

Bakı. 21 fevral. REPORT.AZ/ “Hazırda Bakının Baş Planının hazırlanması üzərində iş aparılır”.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev deyib.

Onun sözlərinə görə, hazırda Bakının Baş Planının hazırlanması üçün şirkəti müəyyənləşdiririk: “Bununla əlaqədar beynəlxalq tender elan edilmişdi. Tender üzrə elan olunmuş təkliflərin qəbul edilmə müddəti bir neçə gün öncə başa çatıb”, - A.Quliyev bildirib.

A.Quliyev vurğulayıb ki, tender dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlərin marağına səbəb olub: “Yaxın müddət ərzində təkliflərə baxılacaq və qalib müəyyənləşdiriləcək. Bundan sonra Baş Planının hazırlanması üçün texniki işlərə başlana bilər”. 

Son xəbərlər

Orphus sistemi