Bakının Babək prospektində hərəkət qismən məhdudlaşdırılır

Bakının Babək prospektində hərəkət qismən məhdudlaşdırılır Səbəb yolda aparılan yenidənqurma işləridir
İnfrastruktur
21 Dekabr , 2017 14:43
Bakının Babək prospektində hərəkət qismən məhdudlaşdırılır

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakının Babək prospektində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, bu gündən yolun Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqaməti üzrə, təqribən, 1 km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılır. 

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. 

Məlumatda deyilir ki, həmin istiqamət üzrə hərəkət edən avtonəqliyyat vasitələri müvəqqəti olaraq əks istiqamətə yönəldilir. Beləliklə, əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunur. Bu məqsədlə Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədə yerləşən körpüdən enən kimi, avtonəqliyyat vasitələrinin əks istiqamətə çıxaraq hərəkətlərinə davam etməsi üçün yol ayrıcında xüsusi keçid hissə açılıb.

Sürücülərdən sözügedən hissədə diqqətli olmaları xahiş olunur və imkan daxilində sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. 

Son xəbərlər

Orphus sistemi