Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Babək prospektində gördüyü işləri dekabrın 10-na qədər tam yekunlaşdıracaq və yolu istifadəyə verəcək.
“Report” xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.
“Hazırda prospektdə 1 km məsafədə asfaltlanma işləri aparılır”, - deyə o əlavə edib.