Yuxarı

Bakının Abbasqulu Abbaszadə küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Abbasqulu Abbaszadə küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Səbail rayonunun Abbasqulu Abbaszadə küçəsinin Badamdar şossesi ilə orta məktəb arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar bu gecədən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq. 

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. 

Məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.

"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, alternativ yollardan istifadə etmələri tövsiyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir", - deyə qurum bəyan edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi