Yuxarı

​Bakıdan Yaponiyaya yeni yükdaşıma reysi açılıb

Bu istiqamətdə karqo reysi həftədə iki dəfə təşkil olunacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Yükdaşıma və çarter reyslərini təşkil edən “Silk Way West Airlines” aviaşirkəti yanvarın 24-də ilk dəfə Bakıdan - Heydər Əliyev Hava Lımanından Yaponiyanın Komatsu şəhərinə birbaşa yükdaşıma reysi həyata keçirib.

Aviaşirkətdən “Report”a verilən məlumata əsasən, dünən yola düşən "Boeing 747-8F" tipli təyyarə bu gün Komatsuya çatıb: “Bu istiqamətdə reys həftədə iki dəfə təşkil olunacaq. İlk yükdaşıma reysi ilə Bakıdan Yaponiyanın Komatsu şəhərinə 34 ton kommersiya məhsulu ixrac olunub”.

Qeyd edək ki, Komatsu hava limanında ilk reysin qarşılanma mərasimində Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə də iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi