Yuxarı

Bakıdan Ukrayna və Gürcüstana yeni avtobus reysləri açılacaq

Hazırda bununla bağlı danışıqlar aparılır

Bakı. 14 sentyabr. REPORT.AZ/ Yaxın vaxtlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən daha üç istiqamətdə beynəlxalq avtobus reysləri yerinə yetiriləcək. 

"Report" xəbər verir ki, bu barədə Dövlət Avtomobil Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı məlumat verib. 

"Bakıdan Kiyev (Ukrayna), Bakuriani və Borjomi (Gürcüstan) şəhərlərinə avtobus səfərləri həyata keçiriləcək. Hazırda qeyd edilən istiqamətlərə birbaşa səfərlərin təşkil edilməsi məqsədilə danışıqlar aparılır. Tezliklə daha ətraflı məlumat yayımlayacağıq", - deyə Ş.Mehmanqızı bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi