Bakıdan Kazana uçan təyyarə Nijni Novqoroda enməli olub

Bakıdan Kazana uçan təyyarə Nijni Novqoroda enməli olub Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün saat 9:00-da Bakıdan Kazana J2-9575 saylı aviareyslə hərəkət edən sərnişin təyyarəsi Nijni Novqorod hava limanına enməli olub. 
İnfrastruktur
29 Dekabr , 2017 15:02
Bakıdan Kazana uçan təyyarə Nijni Novqoroda enməli olub

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün saat 9:00-da Bakıdan Kazana J2-9575 saylı aviareyslə hərəkət edən sərnişin təyyarəsi Nijni Novqorod hava limanına enməli olub. 

Bu barədə “Report”a “Buta Airways” aviaşirkətindən məlumat verilib.

Məlumata görə, təyinat nöqtəsinin dəyişdirilməsinə səbəb Kazandakı əlverişsiz hava şəraiti olub. Son nəticədə təyyarə hava limanına enə bilməyib və Nijni Novqoroda hərəkət edib. Eniş ştat rejimində baş tutub. 

Kazanda hava şəraiti yaxşılaşan kimi təyyarə yenidən ora uçacaq. Bu barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi