Yuxarı
    Bağlamaq

    Bakıdan Batumi, İstanbul və Ankaraya qatarlar işləyəcək

    Dinlə
    Azərbaycan Dəmir Yolları bununla bağlı Gürcüstan və Türkiyə ilə məsləhətləşmələr aparır

    Bakı. 13 iyun. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “İtaliya Milli Dəmir Yolları”nın beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka və İtaliyanın “MERCİTALİA İNTERMODAL” şirkətinin nümayəndələri ilə görüş keçirilib. 

    "Report" ADY-yə istinadən xəbər verir ki, görüşdə qurumun sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı -Tbilisi – Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə məlumat verib: “Gürcüstanlı və türkiyəli həmkarlarımızla məsləhətləşmələr aparırıq ki, gələcəkdə Batumiyə, eləcə də İstanbula və Ankaraya qatarların işləməsini təmin edək. Bu, iqtisadi münasibətlərin möhkəmlənməsi çox əhəmiyyətli olardı”.

    Görüş iştirakçıları hər iki şirkətin təqdimatlarına baxıblar. Sonra potensial müştərilərə (Avropa-İtaliya-Türkiyə-Azərbaycan-son təyinat məntəqəsi və əks istiqamətdə) təqdim ediləcək qərarlar; Qiymət, tranzitin vaxtı və kontraktlar və Bazarda birgə irəliləmək üçün atılacaq addımlar müzakirə edilib.

    Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

    “İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka bildirib ki, Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün poensial imkanları çoxdur.

    Sonda Anlaşma Memorandumu imzalanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi