Bakıdan Bağdada olan əlavə uçuşlar ləğv olunub

Bakıdan Bağdada olan əlavə uçuşlar ləğv olunub Şirkət hər gün saat 20:30-da təşkil edilən avireysi üzrə uçuşları davam etdirəcək
İnfrastruktur
22 İyul , 2016 12:05
Bakıdan Bağdada olan əlavə uçuşlar ləğv olunub

Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün Bakıdan "Bağdad Alfa" (421A-422A) və "Bravo" (421B-422B) reyslərinə uçuşlar ləğv olunub.

Bu barədə “Report”a “İraq Hava Yolları”ndan məlumat verilib.

Şirkətdən bildirilib ki, hər gün “B 737/300” təyyarəsi ilə saat 16:30-da yerinə yetirilməli olan Bakı-Bağdad (Al Muthana)-Bakı aviareysi üzrə ekstra uçuşlar artıq olmayacaq.

Şirkət hər gün saat 20:30-da təşkil edilən avireys üzrə adi qaydada uçuşlarını davam etdirəcək.

Sözügedən aviareys üzrə Bağdaddan Bakıya təyyarə saat 16:00-da yola düşür, saat 19:30-da Bakıya çatır. Bakıdan Bağdada isə saat 20:30-da uçan təyyarə saat 22:00-da Bağdada enir.

Qeyd edək ki, Bakı-Bağdad reysi üzrə bir tərəfli biletin qiyməti 247 dollardan, iki tərəfli biletin qiyməti isə 392 dollardan başlayır.

Son xəbərlər

Orphus sistemi