​Bakıdan Aktauya bərə reysi bərpa olunub

​Bakıdan Aktauya bərə reysi bərpa olunub Avtonəqliyyat vasitələrinin daşınması üçün "ro-ro" gəmisi həftədə bir dəfə səfər edir
İnfrastruktur
3 Aprel , 2015 11:53
​Bakıdan Aktauya bərə reysi bərpa olunub

Bakı. 3 aprel. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakı və Aktau (Qazaxıstan) limanları arasında bərə rabitəsini bərpa edib.

"Report"un məlumatına görə, bu xətdə avtonəqliyyat vasitələrinin daşınması üçün "ro-ro" tipli gəmi həftədə bir dəfə səfər edir. Avtonəqliyyat vasitələrinin sayı artdıqca səfərlərin də sayı müvafiq olaraq artırılacaq.

Qeyd edək ki, Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı istiqamətlərində bərələr hər gün reys həyata keçirir.

Son xəbərlər

Orphus sistemi