Bakı. 21 dekabr. REPORT.AZ/ "Bakıda nəqliyyatın axını nəzərə alınmadan salınan yeni yaşayış kompleksləri və iaşə obyektləri üzrə araşdırma aparılmalıdır". "Report"un xəbərinə görə, bu təkliflə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli çıxış edib.
"Bakının mərkəzi yollarında salınan bəzi yaşayış kompleksləri birbaşa əsas yola çıxır. Bəzən bir neçə məntəqənin çıxışı birbaşa yola olur. Halbuki, yaşayış kompleksi salınarkən orada yaşayacaq sakinlərin nəqliyyat əmsalı nəzərə alınmalıdır. Hər bir yaşayış kompleksində yaşayacaq sakinlərin minimum 75%-ni təmin edəcək dayanacağı olmalıdır. Hazırda məsələ ilə bağlı müvafiq dövlət qurumları ilə danışıqlar aparılır", - deyə V.Kərimli bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə məsələ ilə bağlı konkret təklif və qərar veriləcəyi gözlənilir.