Yuxarı

Bakıdakı avtobus dayanacaqlarında nişanlanma xətləri çəkilir

İndiyə qədər 170 avtobus dayanacağı bu cür məlumatverici nişanlanma xətti ilə təchiz olunub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli protokoluna əsasən, küçə və prospektlərdə avtobus dayanacaqlarının önündə, yolun hərəkət hissəsi ilə səki arasında xüsusi nişanlanma xətlərinin çəkilişi davam etdirilir. 

Azəryolservis” ASC-dən “Report”a verilən məlumata görə, sarı rəngli ziq-zaq məlumatverici üfüqi nişanlanma xətləri artıq şəhərin 33 küçə və prospektində çəkilib. İndiyə qədər 170 avtobus dayanacağı bu cür məlumatverici nişanlanma xətti ilə təchiz olunub. Nişanlanma xətlərinin önündə, dayanacağa giriş hissədə asfalt üzərinə ingiliscə “BUS” sözü də yazılır.

Qeyd olunub ki, zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilir, mövcud və rəngi solmuş zolaqlar isə yenidən rənglənir. Yeni tədris ilinin başlaması ilə əlaqədar xüsusi olaraq məktəblərin yerləşdiyi 91 küçə və prospektdə aparılan işlər nəticəsində 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Hazırda digər küçə və prospektlərdə bu işlər davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi