Bakıdakı 3 min avtobus sürücüsündən 461-i əvvəllər məhkumluq həyatı yaşayıb

Bakıdakı 3 min avtobus sürücüsündən 461-i əvvəllər məhkumluq həyatı yaşayıb Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı araşdırma aparacaq
İnfrastruktur
12 Yanvar , 2018 12:02
Bakıdakı 3 min avtobus sürücüsündən 461-i əvvəllər məhkumluq həyatı yaşayıb
Bakı Nəqliyyat Agentliyinin baş direktorun müşaviri Mübariz Abbasov / Report/ Firi Salim

Bakı. 12 yanvar. REPORT.AZ/ "Keçən ildən sürücü bazası yaradılıb və orada adı olan 3000-dən çox sürücü ilə bağlı Daxili İşlər Nazirliyi və digər aidiyyəti orqanlara müraciət olunub".

“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov daşıyıcılarla görüşdə deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyindən BNA-ya cavab gəlib: "Agentliyə daxil olan məlumatda 3008 sürücünün 461-nin məhkumluq həyatı yaşadığı qeyd olunub. Bu məsələ əlaqədar daşıyıcılar BNA ilə birgə araşdırma aparacaq. Məhkumluğun növünə görə yekun qərar qəbul olunacaq".

M.Abbasov əlavə edib ki, bu ilin 3-6 ayı ərzində 700 nəqliyyat vasitəsi nağdsız ödəniş sistemi keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi