Bakıda zəncirvari qəza tıxaca səbəb olub

Bakıda zəncirvari qəza tıxaca səbəb olub Paytaxtın bir neçə istiqamətində sıxlıq müşahidə edilir
İnfrastruktur
31 May , 2016 09:27
Bakıda zəncirvari qəza tıxaca səbəb olub

Bakı. 31 may. REPORT.AZ/ Bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyası qarşısında zəncirvari qəza baş verib. Nəqliyyat vasitələrinin yüngül toqquşması ərazidə sıxlığın yaranmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. 

Eyni zamanda, Bakı-Sumqayıt şosesinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı, Üzeyir Hacıbəyli küçəsi, Afiyəddin Cəlilov küçəsi, Bül-bül prospekti ("Sahil" metro stansiyasının qarşısı), habelə İ.Həsənoğlu küçəsində (№5 xəstəxananın qarşısı) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.

Son xəbərlər

Orphus sistemi