Bakıda Zabitlər bağının qarşısında yol bağlanıb

Bakıda Zabitlər bağının qarşısında yol bağlanıb Buna səbəb aparılan təmir işləridir
İnfrastruktur
14 Aprel , 2017 09:04
Bakıda Zabitlər bağının qarşısında yol bağlanıb

Bakı. 14 aprel. REPORT.AZ/ Bakının Nəsimi rayonunda, Səməd Vurğun küçəsində (Zabitlər bağının qarşısında, Təzə bazar istiqamətində) yolun 2 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

"Qeyd edilən küçədə nəqliyyatın hərəkəti aparılan təmir işləri ilə əlaqədar dayandırılıb. Sürücülərə alternativ olaraq Azadlıq və Bülbül prospektlərindən istifadə etməkləri tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi