​Bakıda yolların buzlu olması nəqliyyatın hərəkətində sıxlıq yaradıb

​Bakıda yolların buzlu olması nəqliyyatın hərəkətində sıxlıq yaradıb Paytaxın müxtəlif prospekt və küçələrində tıxac yaranıb
İnfrastruktur
23 Fevral , 2015 09:52
​Bakıda yolların buzlu olması nəqliyyatın hərəkətində sıxlıq yaradıb

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin bir sıra küçə və prospektlərində yolların buzlu olması səbəbindən nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata görə, Heydər Əliyev prospekti (şəhər mərkəzi istiqamətində), Ziya Bünyadov prospekti (“Koroğlu” metrosu istiqamətində), Afiyəddin Cəlilov küçəsi, Mətbuat prospekti (“Azərbaycan” Nəşriyyatının qarşısı - şəhər istiqamətində), Abbas Mirzə Şərifzadə küçəsi (şəhər istiqamətində), Bakı-Sumqayıt şosesi, Atatürk prospekti, Səməd Vurğun küçəsi, Binəqədi şosesi, Zığ şosesində (şəhər istiqamətində) yollar buz bağladığı üçün sürət həddinin aşağı salınması nəqliyyatın hərəkətində maneələr yaradıb.

Son xəbərlər

Orphus sistemi