Yuxarı

​Bakıda yollarda salınan xüsusi zolaqların bir qismi ictimai nəqliyyat üçün saxlanılacaq

İyunun 1-dən paytaxta gələn maşınlar şəhər girişində saxlanılacaq

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanda gələn ay keçiriləcək I Avropa Oyunları ilə bağlı Bakıdakı avtomobil yollarında salınan xüsusi zolaqların bir qismi daha sonra ictimai nəqliyyat üçün saxlanılacaq. "Report"un verdiyi xəbərə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

M.Pənahov qeyd edib ki, bu zolaqlar oyunlar zamanı nəqliyyatın rahat hərəkətini təmin etmək üçün salınsa da, bir qismi ictimai nəqliyyat üçün saxlanılacaq. Bu da ictimai nəqliyyatdan istifadənin çox olması ilə əlaqədardır. Onun sözlərinə görə, bu zolaqların bir qismi saxlanılsa da, onların istiqaməti dəyişilə bilər: "Bəlkə bunu biz yolda sağ oxa dəyişdik".

Nazir müavini, həmçnin deyib ki, iyunun 1-dən etibarən oyunlarla əlaqədar Bakıya bölgələrdən gələn maşınlar şəhər girişində saxlanılacaq. O, bunun həm də qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlara aid olduğunu xatırladıb.

Bununla yanaşı, M.Pənahov avtobus marşrutlarının optimallaşdırıldığını da xatırladıb və bildirib ki, burada söhbət bir-birini təkrarlayan marşrutların yığışdırılmasından, azaldılmasından və ya istiqamətlərin dəyişməsindən gedir. Onun sözlərinə görə, marşrutların bir qisminin sxemi dəyişəcək - insanlar ekspress-dayanacaqlara çatdırılacaqlar və oradan da insanlar idman arenalarına ekspress-avtobuslarla ödənişsiz şəkildə arenalara aparılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi