Bakı yollarında avtomobillər intensiv hərəkət edir

Bakı yollarında avtomobillər intensiv hərəkət edir Yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir
İnfrastruktur
7 Dekabr , 2015 09:21
Bakı yollarında avtomobillər intensiv hərəkət edir

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin əsas yollarında avtomobillərin hərəkəti intensiv xarakter daşıyır.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, Bakı-Sumqayıt şosesi (paytaxt istiqamətində), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Tbilisi prospekti (hər iki istiqamətdə), Abbasqulu ağa Bakıxanov küçəsi (nisbi sıxlıq), Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi, o cümlədən Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi, Əziz Əliyev küçəsi (Qız Qalasının qarşısı), Zərifə Əliyeva küçəsi, Mikayıl Müşfiq küçəsi, Nobel və Xətai prospektlərində (Təhsil Nazirliyinin qarşısı) avtomobillərin sıxlığı müşahidə edilir.

Son xəbərlər

Orphus sistemi