Yuxarı
    Bağlamaq

    Bakıda yollara nəzərət gücləndirilib

    Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib

    Bakı. 17 oktyabr.REPORT.AZ/ Ötən gün axşam saatlarından başlayan yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin bəzi küçə və prospektlərində avtomibillərin hərəkətində sıxlıq müşahidə edilir. Mövcud vəziyyəti nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib.

    Agentlikdən "Report"a daxil olan məlumata görə, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsinə qədər, həmçinin Heydər Əliyev Hava Limanından başlayaraq "Nargilə" kafesinədək (Zığ şosesi) yollarda maksimal hərəkət sürətinin məhdudiyyəti aşağı salınıb. Qeyd edilən avtomagistrallarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, 120 km/saat-dan 100 km/saata, 100 km/saat-dan 80 km/saata, 80 km/saatdan 60 km/saata endirilib. Bununla yanaşı, faktiki hava şəraiti səbəbindən yollarda yaranan tıxacların minimuma endirilməsi, nəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsi ilə yollara nəzarət gücləndirilib.

    Gün ərzində sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin iş yerinə və istədikləri məkana vaxtında, rahat çatmasını təmin etmək üçün Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə xüsusi göstəriş verilib. Bütün daşıyıcılara tapşırılıb ki, sürücülər faktiki hava şəraitini nəzərə alaraq müəyyən edilən sürət həddinə mütləq qaydada əməl etməlidirlər. Göstərişə əsasən, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılmalıdır. Göstərişə əməl etməyən daşıyıcılara qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək. Vətəndaşlardan xahiş edilir ki, ictimai nəqliyyatda qarşılaşdıqları hər hansı qayda pozuntusu ilə bağlı "Alo 141" Çağrı Mərkəzinə müraciət etsinlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi