Yuxarı

​Bakıda yerüstü piyada keçidlərinin üzlükləri sökülür

Keçidlərin üzlükləri yeniləri ilə əvəz ediləcək

Bakı. 7 iyul. REPORT.AZ/ Bakı şəhərinin bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Bu işlər çərçivəsində Heydər Əliyev prospektində, "Böyükşor" yol qovşağından "Hava limanı" qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri aparılır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, bu işlər qurum tərəfindən icra olunur.

Həmçinin qeyd edilən yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlüklərinin sökülməsi işlərinə start verilib. Söküntü işləri başa çatandan sonra piyada keçidlərinə yeni müasir üzlüklər vurulacaq. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənəcək.

İşlər tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi