Yuxarı
    Bağlamaq

    ​Bakıda yeni avtobus marşrutu açılıb

    BakuBusın daha bir xətti istifadəyə verilib

    Bakı. 2 noyabr. REPORT.AZ/ “BakuBus” MMC-nin Bakı şəhərinin mərkəzi hissəsində yeni, 14 nömrəli marşrut xətti istifadəyə verilib.

    "Report" xəbər verir ki, artıq oktyabrın 31-dən 14 nömrəli marşrut xətti 8 ədəd "Iveco" markalı avtobusla fəaliyyətə başlayıb.

    Bu gündən etibarən marşrut xəttinə 30 avtobus buraxılıb.

    Qeyd edək ki, 14 nömrəli marşrut xətti ilə avtobuslar "Xətai" metrosu, Cavanşir körpüsü, "28 May" metrosu, Mərkəzi Bank, Füzuli küçəsi, "Nizami" metrosu, "köhnə avtovağzal", İzmir küçəsi, Dövlət Statistika Komitəsi, Yasamal bazarı və 20 Yanvar dairəsi istiqamətində hərəkət edir.

    Xatırladaq ki, bu marşrut üzrə avtobuslar saat 06:00-dan 24:00-a kimi işləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi